"Bilirəm bugünlərdə zəng vuracagsan ki, toyumdu.
Günü, tarixi soruşmayacam səndən, sadəcə ayı...
Həmin ayın hər günü damla-damla, gram-gram atacam səni içimdən....."
Danışacam çox rahat, sanki hansısa dostum evlənirmiş kimi sevinclə
gülümsünəcəm... Əmin edəcəm səni, XOŞBƏXT OLACAGSAN, sevəcəksən deyə..
Əmin edəcəm bu xəbərə çox sevindiyimə....
Susmayacam, danışacam, diləklərimi sayacam sənə bir-bir...
Vaxtın boş keçməsinə imkan verməyəcəm, inamla danışacam.
Hər cümlənin sonunda bir az daha öldüyümü bilməyəcəksən....
Ancag danışacam....
