пятница, 3 сентября 2010 г.

Səssizliyi vağzalı pozacag..


"Bilirəm bugünlərdə zəng vuracagsan ki, toyumdu.
Günü, tarixi soruşmayacam səndən, sadəcə ayı...
Həmin ayın hər günü damla-damla, gram-gram atacam səni içimdən....."

Danışacam çox rahat, sanki hansısa dostum evlənirmiş kimi sevinclə gülümsünəcəm... Əmin edəcəm səni, XOŞBƏXT OLACAGSAN, sevəcəksən deyə..
Əmin edəcəm bu xəbərə çox sevindiyimə....
Susmayacam, danışacam, diləklərimi sayacam sənə bir-bir...
Vaxtın boş keçməsinə imkan verməyəcəm, inamla danışacam.
Hər cümlənin sonunda bir az daha öldüyümü bilməyəcəksən....
Ancag danışacam....

........

... sənin gələcək həyatının gözəlliyindən, həəə birdə "gızından"...
-
- Yoox, yox kövrəlmədim narahat olma!
...
- yaxşıyam, gızın gəldi gözümün gabağına, yupyumru üzü, böyük və ağıllı baxan gözləri, gıvrım saçları, bapbalaca, toppuş əlləri, şirin gülüşü, nazı, ədası olan gızın durdu gözümün garşısında....
-
- Gülürsən?!....
-
- Bəlkə sağollaşag?!
-
- Arzularım xoşuna gəlir?!
-
... "mənisə, sənlə gurduğum xəyalımı sənə bir başgasıyla diləmək öldürür..."

-... çox xoşdu. Axı biz demişdik birimizdən birimiz xoşbəxt olacağıq deyə..
-
- Yoox, belə düşünmə, əsla bədbin deyiləm. Mən də xoşbəxt olacağam, yəgin növbəm deyil....
-
- Aloo.., susssmma.. Mən inanıram biz xoşbəxt olacağıg- sən onunla mən.... xoşbəxt olacağıq...
-
- Yoox, inamsız olma, XOŞBƏXT OLACAGSAN!
-...
- Yaxşı, bəsdi bu gədər. Sağol?!
-
- Yox, yoooox... Bəsdi!!!
- Sağol!
-
- Nəəə???
-
- Yox, yox!
- demə, TARİXİ DEMƏ!!!
- həmin gün zəng vurma!
- ay girəndən öldürəcəm səni ürəyimdə!
- ay girəndən hər gün bir az daha bitəcək ümidim!
-
- Yoox, demə!!!
- Tarixi demə!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Комментариев нет:

Отправить комментарий

Mənə maraglı gələn maragsızlığım hagda, Sənin fikirlərin əmin ol ki, mənə çox maraglıdı...